Məni puldan başqa heç nə maraqlandırmır, Amerika da mənə doğmadır - Aparıcıdan qalmaqallı sözlər

09 Yanvar 2025
677faa2dbe931202501255125
802

"Amerikada qərib deyiləm. İki evim var, Bakı da, Amerika da mənə doğmadır".

Bu sözləri aparıcı Hüsniyə Məhərrəmova "O, yoxsa bu?" yutub layihəsində deyib. ABŞ-yə köçən aparıcı oradakı həyatından danışıb:

"Məni indi puldan başqa heç nə maraqlandırmır. Xoşbəxt olmaq üçün pul lazımdır. Tanınmaq, tanınmamaq maraqlı deyil. Dilim başıma bəladır, dinc durmur. Hər yerə özünü soxur, kobudlayır. Ətrafda mənə ağılla pul qazanan göstər? Xoşbəxt olmağa ağıl bəzən mane olur". / Axşam.az