Məni az qalırdın qucağında otuzdurasan, səni biabır edəcəm - Bəturə / VİDEO

02 İyun 2024
Bature
13759

"Biz beş duet oxumuşuq. Bütün əməyim, əziyyətim yerə vurulub. Əvvəllər başa düşmürdüm niyə belə edir, dərdi nədir. Niyə duet ortağım arxamca iş çevirdi. Sən mənimlə məşhur oldun, efirlərə çıxa bilmirdin. Asif Kərimov səni ona görə mənimlə bir araya gətirdi. Hamımızın əməyini yerə vurdun".

Bu sözləri müğənni Bəturə Hüseynova deyib. O, bir vaxtlar yaxın dost olduğu duet ortağı Sahib İbrahimovu tənqid edib. Bəturə bildirib ki, ifaçı toylara gedib və onun qonorarını ödəməyib:

"Hər zaman hamı deyirdi ən uğurlu dueti Bəturə ilə olub. Məni az qalırdın qucağında daşıyasan, maşına qucağında otuzdurasan. Mənə bir təşəkkür belə etmədin, demədin ki, halallıq ver. Mənimlə oxuyasan deyə, 1 il gözlədin. Zaur Kamal məni çəkəndə həmişə yanımda olurdun. Gedib deyirdin ki, masadakıların pulunu ödəmişəm. Başımıza vururdun. Getdiyin yerlərdə deyirdin ki, Bəturənin kliplərini mən qarşılayıram. Amma demirdin ki, Bəturə hesabına beş toyunun sayı ona qalxmışdı. Gəlib deyirdin ki, məni toylarda istəmirlər, sən güclə salırdın. Hətta toydan mənə qonorar da ödəmirdin. Toy sahibləri, bəlkə mənə qonorar ödəmisiniz, amma o, gətirib verməyib."

Deyirdim mahnılara pul xərcləmişəm. Studiya dostumuzun idi, ansambl isə özünün idi. Hara xərclədin pulu? Sən kimdən mənə pul xərcləyəsən? İndi duetimiz yenidən trend olub. Toya gedirsən, mənim yerimə gah Şəbnəm Tovuzlu, gah Gülyanaq Məmmədovanı aparmısan. Toyda yalandan Gülyanağa belə ağız tərpətdirmisən. O gün Şəbnəm video atıb ki, toyda sənin yanında durub mənimifama ağız tərpədib".

Bəturə Sahibi hədələyib:"Mən kirayədə oturdum, əziyyət çəkdim. Sən isə nə pullar qazandın mənimlə oxuduğun duet sayəsində. Bir də eşitsəm ki, həmin dueti başqa müğənni ilə oxumusan, birinci səni, sonra da həmin müğənnini biabır edəcəyəm. Sən kimsən ki, sənə görə mənə söz gəlsin. Nə görünüşün, nə savadın mənə yaraşır. Səni toyda, orada-burada bəzəyən mən idim".

Qeyd edək ki, ifaçılar "Sənin xətrinə" adlı duet oxuyublar.  / axşam.az-a