“Gərək ulduz doğulasan” - Balaəlinin əvvəlki peşəsi görün nə imiş

28 May 2024
66556204ae619202405244804
1005

"Sonradan verilən adın önəmi yoxdur. Gərək ulduz doğulasan. Sənəti olmayanlar adlarını dəyişirlər".

Show.az bildirir ki, bunu Baku TV-də yayımlanan "Qapqara" verilişində meyxanaçı Balaəli deyib.

"Mən ulduz doğulmuşam" söyləyən meyxanaçı bu sənətdə olmaq üçün seçildiyini qeyd edib: "Bu yerə gəlmək üçün böyük çətinliklərdən keçmişəm. Uşaqlıqdan meyxanaya böyük həvəsim olub. Özümdə fərqlilik görürdüm. 4-cü sinifdə başqalarının qafiyələrini əzbərləyib deyəndə görürdüm ki, camaatın mənə məhəbbəti var".

Əvvəllər ayaqqabı mağazasında satıcılıqla məşğul olan Balaəlinin sözlərinə görə, həmin vaxtlar pulu ailəsinə dəstək olmaq üçün deyil, sadəcə, özünə görə qazanıb:

"Həmişə istəmişəm ki, cibimdə pulum olsun. Bərbərə özüm getmişəm, geyimimi özüm almışam. Atamın pulu olmayanda hiss edirdim. Ona görə də, uşaqlıqdan ailəmə yük olmamağa çalışırdım. Nənəm babamın adını qoyduğu üçün məni çox istəyirdi. Məni ərköyün böyütsələr də, özümü əziyyətə öyrənmişəm".

Aparıcının "Rəşad Dağlı meydandan kənar düşdükdən sonra boş qalan taxt-taca kim oturacaq?" sualına isə meyxanaçı belə cavab verib:

"Yeri gəlsə, o yeri ölənə qədər qoruyaram. Məndən heç kim inciməsin, Rəşadın yerinə layiq olan kimisə görmürəm".

Milli.Az