Maaşları 43% artırılıb, iki mislində də əlavə edilib - Yeni deputatlar bu qədər məvacib alacaq
07 Sentyabr 2024
1143
Növbədənkənar parlament seçkiləri arxada qaldı. Budəfəki seçkilərdə 125 deputat mandatı uğrunda 990 namizəd mübarizə apardı. İlkin nəticələrə uyğun olaraq dairələr üzrə lider namizədlər müəyyənləşib. Mərkəzi Seçki Komissiyası (MSK) sentyabrın 22-dək dairələr üzrə nəticələri təsdiqləməli və baxılması üçün Konstitusiya Məhkəməsinə göndərməlidir. Yekun nəticələrə Konstitusiya Məhkəməsi nöqtə qoyacaq.
7-ci çağırış Milli Məclisin üzvü olacaq deputatların nə qədər maaş alacağı maraq doğuran məsələlər sırasındadır.
Hələ 2022-ci ildə "Azərbaycan Respublikası Milli Məclisinin deputatının statusu haqqında" qanuna olunan dəyişiklik deputatların maaşını da əhatə edib.
Dəyişikliyə əsasən, deputatların maaşı 43% artırılıb, onlara aylıq maaşlarının bir mislində deyil, iki mislində əlavə verilib.
Qanunvericiliyə dəyişiklik edilməzdən əvvəl Milli Məclisin sədrinin maaşı 2475 manat idi. Dəyişiklikdən sonra spikerin əməkhaqqı 43%, yəni təxminən 1075 manat artıb. Bununla da, Milli Məclisin sədrinin aylıq vəzifə maaşı 3550 manat olub.
Bundan əlavə, təklif olunan dəyişikliyə əsasən, Milli Məclisin sədri hər ay vəzifə maaşının iki misli məbləğində maaşa əlavə alır.
Nəticədə, hazırda Milli Məclisin sədrinin aylıq rəsmi gəliri 10 650 manat təşkil edir.
Maaş artımı sıravı deputatlardan tutmuş Milli Məclisin sədr müavinləri, komitə sədrlərinə qədər hamıya şamil olunub.
Milli Məclisin sədrinin birinci müavini bu dəyişikliyə qədər aylıq 2227.5 manat əmək haqqı alırdısa, yeni qanunun qəbulundan sonra onun rəsmi maaşı 3195 manat olub. Bu məbləğin üzərinə hər ay vəzifə maaşının iki misli məbləğində əlavə gələndə həmin məbləğ 9585 manata çatır.
Məclisin sədr müavinlərinin maaşı isə 2103.75 manatdan 3017.5 manata qalxıb. Bu məbləğinüzərinə aylıq vəzifə maaşının iki misli məbləğində əlavə gələndə, onların gəlirləri 9052.5 manata yüksəlib.
Komitə və komissiya sədrlərinin əmək haqları 1980 AZN idisə, 2022-ci ildən sonra bu məbləğ 2840 manat olub. Bu məbləğin üzərinə hər ay vəzifə maaşının iki misli məbləğində əlavə olunanda isə həmin rəqəm 8520 AZN-ə çatıb.
Milli Məclisin komissiya sədrinin müavinlərinin əmək haqları 1856,25 manatdan 2662.5 manata çatdırılıb. Bu məbləğin üzərinə vəzifə maaşlarının iki misli məbləğində əlavəni gələndən sonra onların aylıq gəlirləri 7987.5 manat təşkil edir.
Sıravi deputatların maaşları da 43% artırılıb. Belə ki, iki il əvvələ qədər 1732.5 AZN əmək haqqı alan deputatın maaşı 2022-ci ildən sonra 2485 manat olub. Bu məbləğin üzərinə vəzifə maaşının iki misli məbləğində vəzifə əlavəni gələndə isə onların gəlirləri 7455 manata yüksəlib.
6-cı çağırış Milli Məclisin bəzi deputatları məlumatı Modern.az-a təsdiqləyiblər.
Xatırladaq ki, deputatların gəlirlərinin vergiyə cəlb olunan hissəsi yalnız vəzifə maaşlarıdır. Yəni onlara verilən vəzifə maaşına əlavələrdən vergi tutulmur. / Modern.az

DİGƏR XƏBƏRLƏR
DAHA ÇOX
Xəbər Lenti
Bakıda faciəli şəkildə vəfat edən qızın son görüntüləri - Video
21.11.2024
Elza yeni görünüşü ilə məəttəl qoydu - Foto
20.11.2024
İzzət Bağırov Kəbəni ziyarət etdi
19.11.2024
Mələykəya yalvarıb onu evləndirdim, onun keçmiş əri mənim... - Bilal Əliyev sirləri açdı
18.11.2024
Aparıcı Zaur tənqid olunmasına belə reaksiya verdi
18.11.2024
Azərbaycanda tanınmış müğənni vəfat etdi - Foto
18.11.2024
“Rafet istəyirdi ki, adı mənimlə hallansın” - Sonradan “zibili çıxmasın"... - Pərvin nələr danışdı
18.11.2024
Balaəli hərəkəti ilə diqqət çəkdi: Şəhərdə ona yaxınlaşan xanıma... - VİDEO
17.11.2024
Sənə verərəm, əcəb edərəm - Elzanın yeni "əsəri"
17.11.2024
Pərviz Bülbülənin görüntüləri tənqid edildi - Etmədiyi bir bu qalmışdı - VİDEO
17.11.2024
Redaktor seçimi
"Əsas zahiri görünüşdür, qadın 30 yaşı keçdisə onu..." - Aparıcı görün nələr danışdı
20.09.2024
O müğənni azərbaycanlı məşhurun gəlini imiş - Foto
09.09.2024
Zaur Günaya ad günündə belə romantik sürpriz etdi - Video
08.09.2024
Maaşları 43% artırılıb, iki mislində də əlavə edilib - Yeni deputatlar bu qədər məvacib alacaq
07.09.2024
Şuşada 32 ildən sonra keçirilən ilk toydan fotolar
07.09.2024
Hidayət Heydərova lüks hədiyyə verildi - Foto
03.09.2024
Saatı 37 min, geyimi 24 min olan azərbaycanlı məşhurlar – VİDEO
19.08.2024
Film kimi həyat hekayəsi: 40 il əvvəl boşandığı ərini qocalar evində tapdı - VİDEO
12.08.2024
Zaurla Xoşqədəmin verilişi bağlansın? - SORĞU - VİDEO
19.07.2024
Dostunu bıçaqladı, həyat yoldaşı onu tərk etdi: Meyxana kralını hönkür-hönkür ağladan nə idi? - FOTO
12.07.2024