Lalə Azərtaş soyadının mənasını açıqladı

06 Noyabr 2024
672bc03ce73d2202411241508
735
Aparıcı Lalə Azərtaş soyadının mənasını açıqlayıb.

Bu haqda aparıcı “Təsir dairəsi” verilişində danışıb. 

O bildirib ki, soyadının Azərbaycan türkü mənasının verir:

“Soyadım Azərtaşdır. Hələ o zaman İranda repressiya vaxtı, qorxurdurlar. Babam bu soyadı götürmüşdü. Əslim, köküm Cənubi Azərbaycana çatır. Məndən hər zaman Azərtaşın mənasını soruşurlar. Bu Azərbaycan türkü deməkdir. Türk qadını olmaqla, türkçülüyümlə fəxr edirəm. Ulu babalarım qorxmayaraq farsların içində türk olduğunu Azərtaş soyadı ilə bəyan edib, tanıdıblar”.

L.Azərtaş universitet diplomuna soyadının düzgün yazılmadığından onu yenidən dəyişmək məcburiyyətində qaldığını söyləyib:

“3 diplomum var. İndi də tələbəyəm və hazırda təhsil alıram. Dinimizdə də yazılıb ki, məzara qədər də oxuyacağam. Birinci dəfə Dillər Universitetində təhsil alanda diplomuma Azərtaş soyadım “Azətac” olaraq yazılmışdı. Mən o bir hərifə görə, “ş”nın yerinə “c” yazılmışdı deyə günlərlə o sənədin dəyişdirilməsinə görə, çox sayda ərizələr vermişdim. Hər şey qanuni olsun deyə bir-bir o qapıları döymüşəm. Və nəticədə diplomum dəyişdirildi”. / Axşam.az