Küçə müğənnisi 10-15 minə toylara gedirlər, sinəsini, baldırını açan xalq artisti olur - Sərt sözlər

20 Yanvar 2025
6795d850dd130202501253808
808

“Küçədə qalan müğənnilər 10-15 min manata toylara gedirlər”.

Bu sözləri RTV-yə açıqlamasında Xalq artisti Şeyx Əbdül Mahmudbəyov deyib.

O bildirib ki, səsi olmayan müğənniləri çağırırlar toylara.

“Səs yox, sənət yox, xeyir-dua yox. Kim tullanıb, düşür, sinəsini, baldırını açıb qoyur ortalığa, üç gündən sonra əməkdar artist, xalq artisti olur. Toyun biri 15 min, 20 min olur. Gedib toyda fonoqram oxuyurlar. “Üç badam, bir qoz” oxuyanları gətirib çıxarıblar millətin başına”, - deyə o qeyd edib. / News24.az