Könül Kərimova estetik əməliyyat oldu: Gəncləşib modelə bənzəyir - Foto

25 Yanvar 2025
679d400ca05c9202502252636
1473

Əməkdar artist Könül Kərimova etdirdiyi estetik əməliyyatdan danışıb.

Verilişlərin birində ifaçı üçün hazırlanmış videoçarx təqdim olunub.

Aparıcı Cavid Gül ona “altı-yeddi klipdən istifadə olunub, hərəsində də fərqli-fərqlisiniz. Bu roldan-rola, cilddən-cildə girmək makiyajdırmı, əməliyyatdırmı, yoxsa içəridəki artistlik bacarığıdır” sualını ünvanlayıb.

“Deyirəm, heç kəs inanmır. Hər kəs bir cür qəbul edir. Cavanlaşma deyilən əməliyyatlardan heç nə etdirməmişəm. Sadəcə burun əməliyyatı keçirmişəm. Mən ifa etdiyim mahnılara istər saç düzümümdə, istər geyim tərzimdə uyğunlaşmağı sevirəm”, - deyə Kərimova söyləyib. / Olay.az