"Komedixana" aktyorlarının neçə yaşı var? - Təəccüblənəcəksiniz - SİYAHI

11 May 2024
661ea124c1854202404240244
41802

Hazırda Azərbaycanın ən çox sevilən komediya layihəsi "Komedixana"dır.

2019-cu ildən "Xəzər" telekanalında yayımlanan layihə qısa zamanda izləyicilərin böyük marağına səbəb oldu. İllərdir həm televiziyada, həm də "YouTube"da yüksək reytinqlər əldə edən ekran işi izləyicilər tərəfindən çox sevilir. Hətta indiyə kimi bir çox aktyor və aktrisa layihədən ayrılsa da, "Komedixana" əvvəlki kimi maraqla izlənilməyə davam edir. Bu gün isə insanların üzündə təbəssüm yaradan sənətçilərin yaşlarına nəzər salacağıq.

Sizcə, "Komedixana"nın ulduzlarının neçə yaşı var?

Siyahını təqdim edirik:

Ənvər Abbasov
2 iyun 1985-ci ildə dünyaya gələn sevilən sənətçinin 38 yaşı var.

Zarina Qurbanova
17 dekabr 1990-cı ildə doğulan gözəl aktrisanın isə bir neçə həftə sonra 33 yaşı olacaq.

Müşfiq Şahverdiyev 
11 sentyabr 1983-cü ildə dünyaya gözlərini açan məşhur aktyorun 40 yaşı var.

Xəyalə Quliyeva
26 aprel 1980-cı ildə anadan olan tanınmış aktrisanın isə yaşı 43-dür.

Cavidan Novruz
12 fevral 1987-ci ildə dünyaya gələn məşhur aktyorun da 37 yaşı var.

Mələk Kazımova
25 iyul 1996-cı ildə dünyaya gələn gözəl aktrisanın 27 yaşı var.

Mənsur Şərif
25 fevral 1990-cı ildə dünyaya gözlərini açan məşhur aktyorun yaşı isə 34-dür.

Həsrət Həsrətov
11 aprel 1983-cü ildə doğulan sevilən aktyorun 41 yaşı var.

İlkin Misgərli
6 yanvar 1983-cü ildə anadan olan tanınmış aktyorun da 41 yaşı var.

Nicat Rəhimov
17 aprel 1987-ci ildə doğulan aktyorun da yaşı 36-dır.//HİT.az