"Kişilərin mənə baxıb əldə edə bilməmələri zövq verir" - Azərbaycanlı model açıq şəkillərindən danışdı - FOTO
"Elə əsl adım Çelsidir. Atam futbol həvəskarı oluğuna görə adımı belə qoyub. Oğlan və yaxud qız olmasından asılı olmayaraq, övladına Çelsi adını vermək arzusu olub". Bunu Gundem.az-a müsahibəsində model Çelsi Baxşıyeva bildirib.
Onunla olan müsahibəni təqdim edirik:
- Necə oldu ki, səhifənizdə açıq şəkillər paylaşmağa başladınız?
- Öncə belə paylaşımlar etmirdim. Sonradan daha çox açıq şəkillər paylaşmağa başladım. İnsanları, daha çox kişiləri qıcıqlandırmaqdan zövq qalıram. Kişilərin mənə baxıb əldə edə bilməmələri zövq verir.
- Kişilərə qarşı niyə bu qədər aqressivsiniz? Keçmişinizlə bağlı nəsə könül yaranız var?
- Keçmiş sevgilim məndə travma yaradıb. Onun qisasını kişilərdən bu formada çıxıram. Mənə eyni insanla dəfələrlə xəyanət edib. Bunu hər dəfə tutmuşam. Bu isə məndə travma yaradıb. Beləliklə səhifəmdə açıq şəkillərimi paylaşmağa başlamışam.
- Sosial şəbəkələrdə sizə gələn mənfi rəylərə necə reaksiya verirsiniz?
- Əvvəl çox əsəbiləşirdim. Hətta mənfi rəy yazanlarla mübahisə edirdim, amma sonradan önəmsəməməyə başladım. İndi müsbət rəylərdən çox mənfi rəylər mənə həzz verir.
- Bu paylaşımlarınıza görə sizə 18+ təkliflər gəlir?
- Çox, amma bu təklifləri qəbul etmirəm.
- Qadınlar sizi ərlərinə, sevgililərinə qısqanırlar?
- Əlbəttə. Elə həmin qısqanan qadınlardır ki, fake profil açıb səhifəmi spam edirlər. Sevgililərinin məni izlədiklərini bildikləri üçün səhifəmi bağlatmağa çalışırlar.
- Sizdə olan bu özgüvən haradan gəlir?
- Bu özgüvən şəkillərdə və videolarda verdiyim pozalardan irəli gəlir.
- Modellərin əksəriyyəti kişilərlə görüşərək pul qazanır. Siz isə bu təklifləri qəbul etmədiyinizi deyirsiniz. Bəs necə qazanc əldə edirsiniz?
- Fotomodel olaraq mağazalar çəkilişlərə dəvət edirlər. Əsasən iç geyim çəkilişləri olur.
- Bəs nə qədər qazanırsınız?
- Bu, çəkilişdən çəkilişə görə dəyişir. Minimum 500 manatdan başlayır. 2000 manat və daha çox qazanc əldə etmək olur.
- Bəyəndiyiniz model var?
- Beyonsu bəyənirəm və illərdir, onu izləyirəm. Ondan ilhamlanıram.
- Ailənizlə münasibətiniz nə yerdədir? Belə paylaşımlarınıza münasibətləri necədir?
- Əvvəllər buna görə münasibətimiz pis idi. Hətta dəfələrlə döyülmüşəm. Üzərimdə sınmayan, qırılmayan əşya qalmayıb, amma gördülər ki, əl çəkmirəm, döyməyin də bir faydası yoxdur. Ondan sonra gözlədilər ki, özüm nə vaxtsa bu yoldan dönərəm.
- Ailənizlə birgə yaşayırsınız?
- Yox, hazırda tək yaşayıram. Amma arada onlarla da qalıram.
- Sevgiliniz varmı?
- Xeyr, yoxdur. Amma hər kəs olduğunu düşünür.
- Bəs həyatınızda necə birini olmasını istəyirsiniz?
- Pula və görünüşə o qədər önəm vermirəm. Mənim üçün əsas xarakterdir.
- Məqsədiniz nədir?
- Məqsədsiz insanam. Anı yaşamağı xoşlayıram. Olduqca məsuliyyətsiz və tənbələm.
- Səhifənizdə iki insanı izləyirsiniz. Biri Beyons, biri də Gökhan Özendir. Xüsusi səbəbi və yaxud dostluğunuz varmı?
- İki dəfə konsertinə getmişəm. Orada dostluğumuz yaranıb. Direktdə mesajlarıma cavab yazır və mənə komplimentlər edir.
Asya