"Kişilər katibəsinə sadəcə toxunaraq sakitlik tapır, qadın isə…" - Psixoloqdan qalmaqallı açıqlama

21 İyun 2024
661628b7db35e202404245047
2510

"Rəqəmlər üzərindən də insanların yaşa dolduğunu demək də doğru yanaşma deyil. Bu gün 40-50 yaşında elə qadınlar var ki, övladları ailə qurub, artıq nənədirlər. Bu həm də onların görünüşünə təsir edib. Görünüşə yaşam mühiti, həmin mühitə uyğun atılan addımlar da təsirsiz ötüşmür. Rayon və şəhər mühitini müqayisə etsək, geyimlərdə fərqlər ola bilər. Məsələn, qadın düşünür ki, rayon yeridir, mən oğul, qız köçürmüşəm, mənə bu formada geyinmək yaraşmaz. Amma baxırıq ki, Bakıda həmin yaşda xanım bu geyimi rahatlıqla geyinir”.

Psixoloq Aytən Ələkbərova Yenisabah.az-a belə açıqlama verib. 

Psixoloq qeyd edib ki, kişilərdən fərqli olaraq, qadınlarda andropoz dövrü müşahidə edilmir:

“Qadın 40-80 yaşında da qadındır. Andropoz dövrü  (Yaşın irəliləməsi ilə əlaqəli kişilərdə testesteron hormonun qanda azalması) qadınlara aid edilmir. Bəylər 50-55 yaşına qədər şorgöz və xəyanətə meyilli olurlar. Bu yaşda qadınlar özünü rahat, hər bir formada təqdim etməyə qadir olurlar, amma bəylər o dərəcədə çılğın düşüncələrdə ola bilmirlər. O yaşda kişilər katibəsinə sadəcə toxunaraq bir sakitlik tapsa da, qadın daha çılğın olur. Əgər ginekoloji problemləri yoxdursa, yaşından asılı olmayaraq, qadın elə axıra kimi də qadındır”.