Kişi çıxan "gəlin"lə bağlı yeni təfərrüatlar: Adı İlkin yox Müzəffər imiş - Foto
Türkiyənin Aydın şəhərində toy mərasimində kişi çıxan gəlinlə bağlı yeni təfərrüat məlum olub.
Türkiyə mətbuatı xəbər verir ki, bəyin “gəlinin” vəziyyətindən xəbərdar olduğu iddia edilib. Həmçinin “gəlinin” adının İlkin deyil, Müzəffər olduğu ortaya çıxıb.
Bildirilir ki, hazırda bəyin ailəsi onları axtarsa da, heç bir nəticə əldə edə bilmir.
Qeyd edək ki, toydan sonra məlum olmayan səbəbdən ailələr arasında dava düşüb və onlar polisə müraciət ediblər. Burada C.B. adlı bəyin ailəsi gəlinin rəsmi mənbələrdə kişi adi ilə qeydiyyatda olduğunu öyrənəndə şoka düşüb. C.B. ilə gəlin isə bu hadisədən sonra rayonu tərk edərək izlərini itiriblər. C.B. bir il əvvəl yola getmədiyi üçün həyat yoldaşından ayrı yaşamağa başlayıb. Sonradan isə həyat yoldaşından rəsmi formada boşanmadan yenidən başqa bir şəxslə – kişi çıxan M.K. ilə evlənməyə qərar verib.