İTV-də çalışan ərinin ona xəyanət etdiyini və döydüyünü dedi - Əri isə şok faktları açdı - VİDEO
Xəbər verdiyimiz kimi, İTV-də rejissor kimi çalışan Kamran Bünyatovun həyat yoldaşı Hülya Hüseynova əri ilə bağlı polisə müraciət edib.
Show.az axşam.az-a istinadən xəbər verir ki, xanım həyat yoldaşının onu aldatdığını, xəyanətini tutanda isə şiddətə məruz qaldığını bildirib. Məsələ ilə bağlı Kamran Bünyatov açıqlama verib. O, Hülyanın ona böhtan atdığını bildirib:
"Bizim münaqişəmiz artıq 2 ilə yaxındır davam edir və mən buna dözürdüm. Hüseynova (Bünyatova) Hülya Tahir qızı mənə etdiyi hədələrlə, göstərdiyi dırnaqarası qəhrəmanlıqla məni şərləmək, təhdid etməklə məşğuldur. Uşağın təhsili araşdırılarsa, görünər ki, uşaq bir neçə məktəb dəyişib, düzgün tərbiyə olunmur. Öz fikirlərinə uyğun formada anası Hüseynova Sürəyya Yadigar qızı ilə birlikdə mənə qarşı təhqirlər, işdən çıxarmaları və evimi yandıracaqları ilə bağlı hədələr irəli sürüblər. Məhkəməmiz olacaq və bizim nikahımız pozulacaq deyə, belə şər əməllərlə, təzyiqlərlə məşğuldurlar. Dövlət qurumları bu işə baxır.
Maşınımı vurub sındırmağı, klublarda keyf çəkməyi, üstəlik gəlib məndən pul istəməyi ki, "Məni boşayırsansa, pul ver" deməsi, buna əyani sübutdur. Qadına layiq olmayan ifadələrlə şirkətdəki televiziya əməkdaşlarımın gözü qarşısında məni təhqir edib. Özünü maşının altına atıb və məni şərləyib. İş kəsilməsi ilə bağlı da məlumat vermişəm. Küçəyə qaçaraq "Ay camaat, kömək edin, məni öldürür" deyib, maşınımı sındırır. "Mən deyən variantla razılaş, ya mənimləsən, ya da boşanırıqsa, maşınını sındıracağam" deyir. Əl-qolunu qab-qaşığı sındırıb yaralayıb, üz-gözünü cırıb və mənə səni tutduracağam deyir.
Məryəm söhbətinə qaldıqda isə, o mənim iş yoldaşımdır və biz neçə ildir bir yerdə çalışırıq. Bir neçə dəfə də Hülya xanıma şərlər atıb və sonra üzr videosu ilə paylaşım edib.
Şəkillərdə, videolarda hər şey var. Mənim yerimdə kim olsaydı, bunları edərdi".
***
İTV-də rejissor kimi çalışan Kamran Bünyatovun həyat yoldaşı Hülya Hüseynova əri ilə bağlı polisə müraciət edib.
Show.az axşam.az-a istinadən xəbər verir ki, qadın həyat yoldaşının onu aldatdığını, başqa qadınla gəzdiyini bildirib. O iddia edib ki, ərinin xəyanətini tutanda onu döyüb, şiddət göstərib:
"İTV-də çalışan Kamran Bünyatov iş yoldaşı Məryəmlə gecələr eyş-işrət qurur. Məni boşatdırıb, uşaqla küçəyə atırlar. Qanunda qadın evdardırsa, yoldaşı işləməyə qoymadı deyə, ancaq uşaq böyütməlidir? Hörmət yoxdur? Bayıl məhkəməsi qeydiyyatda olduğum halda məni hansısa yollarla evdən atırlar. 8-ci polis bölməsində iş gedir, ərim məni döyür. Həyat yoldaşım polisi aldadır, barışıq edir, amma sonra məni döyüb, gecə ilə küçəyə atır. Uşaqla küçədə qalıram. Mənə işgəncələr verir, gəzdiyi qadını evə gətirmək istəyir. Məni evdən atırlar, yardım edin. 10 aydan çoxdur ki, səhərimi həyəcanla açırdım, şübhə məni yeyirdi. Ürəyim bulanırdı, məni həmin qadınla özü danışdırdı. Buna baxmaz dediyim, qadına baxıb, üstəlik də necə lazımdır. 15 illik arvadını, uşağını atan, səhər də səni atacaq".
H.Hüseynova həyat yoldaşının ona şiddət göstərdiyi görüntüləri də instaqram hesabında paylaşıb.
***