İş adamları kabinetdə məclis təşkil edir - Ən yaxşı pul da orada olur

06 İyun 2024
Qumral
6539

"Ən çox pul və yaxşı məclislər kabinetlərdə olur".

Show.az bizim.media-ya istinadən bildirir ki, bu sözləri müğənni Təranə Musayevanın ifaçı qızı Qumral qonaq olduğu "Elgizlə izlə" ictimai-sosial verilişində deyib.

Qumral bildirib ki, iş adamlarının bahalı restoranlarının kabinetlərində təşkil etdiyi məclislərdə iştirak edir:

"Kabinetlərdə elə gözəl məclislər keçirilir ki, şou proqram da yalan olur, toy da. Orada olan pullar heç yerdə yoxdur. Artıq müğənnilər pulları kabinetlərdəki məclislərdən qazanırlar. Bəlli iş adamları var ki, onlar öz məclislərinin kabinetlərdə keçirirlər və məni də ora dəvət edirlər. Elə gəşəng qonorar verirlər ki... Kabinet dediyimiz yer bahalı restoranların kabinetləridir. Bəzi məclislər isə böyük bağlarda təşkil olunur. Bahalı restoranların kabinetlərinə getmək üçün külli miqdarda depozit ödəmək lazımdır. Buna görə də ora hər adam girə bilmir. Orada bəlli iş adamları oturur. O iş adamlarının "uzkiy kruqu" (kiçik çərçivəsi) var. Onlar da sevdiyi müğənniləri öz məclislərinə dəvət edirlər. Mən də o məclislərdə ifa edib gəşəng pul qazanıram".
Qeyd edək ki, Qumral 17 yaşında ailə qurub. Onun bir övladı var.