"İndi sevgi, məhəbbət yoxdur. İndi əsas puldur"

30 Sentyabr 2024
66fa540093cf4202409243216
122

"Kişi pul qazanmalıdır. Daşdan da pul çıxartmalıdır. Ailəni saxlamağı bacarmalıdır".

Bu sözləri Əməkdar artist Gövhər Rzayeva "Elgizlə izlə" verilişində deyib. Qarmon ifaçısı kişilərlə bağlı açıqlaması ilə müzakirələrə səbəb olub:

"Ailəni qurmağa nə var ki... Bir dəqiqənin işində toy et. Bunun davamı var axı. İndi sevgi, məhəbbət yoxdur. İndi əsas puldur. Əvvəl sevirdilər. Mənə də o qədər elçi gəlirdilər ki... Mən isə zərgər seçdim". / Axşam.az