İndi psixoloq kimi məşhur olan Samirə görün əvvəl nə işlə məşğul olurmuş

01 Avqust 2024
Psixoloq
1750
kişilərdən uzaq durmaq lazımdır və kişilərin tənqidi ilə üzləşirəm. Bu artıq o kişilərdir ki, onlar bunu edirlər, sərf etmir onlara. İnsanlar danışaraq həll edir məsələni, şiddətlə, mühakimə etməklə, lağa qoymaqla, təhqir etməklə deyil. Mən ola bilər kişilərdən danışım, yaxud xanımlardan, cütlüklərdən, ailə məsələlərindən, valideyn-uşaq münasibətlərindən. Kiminsə qəbul etməməsi və ya əksi normaldır. Beyinlər fərqlidir, kiməsə sərf edir, kiməsə yox. Hamının səni sevməyi normal deyil. Kimsə sənə nifrət etmirsə, sən maraqsız birisən.

– Samirə xanım, cəmiyyətimizdə cinsi məsələlərlə bağlı boşluq var. Hansısa səbəbdən danışmağa utanırıq. Səbəb nədir, niyə özümüzə yaraşdırmırıq?

– Çox ayıblayırlar. İki il öncə, bölgələrin birində bir qız uşağı menstruasiya dövrü keçirsə də, nə olduğunu bilmədiyinə görə intihar etmişdi. Bir ananın evində qız uşağı böyüyürsə, onu başa salmalıdır. Uşaqlarda 11 yaşından etibarən həyatla bağlı suallar yaranmağa başlayır. Elə sizdən öncə, bir xanım müraciət etmişdi ki, oğlumun 5 yaşı var, sürtünmələri olur, mən onu necə müalicə edə bilərəm. Vurmaq, qışqırmaq, döymək olmaz, o uşaq başa düşmür axı. Sən ona ha denən ki, olmaz, bədənində gedən reaksiyadır, necə başa salasan? Fikrini yayındırmaqla, nağıl danışmaqla və s. Bu dönəm bir də 13-14 yaşlarında, yeniyetməlik zamanında baş verir. Tez inkişaf edən uşaqlar da var. Bununla bağlı valideyn, ana xəbərdarlıq etməlidir. Yaxud oğlandırsa, ata ilə oğul arasında söhbət olmalıdır. Məsələn, tualet tərbiyəsi var – uşaq vaxtı analar qızlarına, atalar isə oğullarına öyrətməlidir. Eləcə də yeniyetməlik dönəmində müəyyən məsələlər başa salınmalıdır. Çünki çox müraciət edənlər var. 23-25 yaşında gəlir deyir ki, mən intihara qərar vermişəm, dözə bilmirəm, bu yükü özümlə daşıya bilmirəm. Niyə? 13-14 yaşım olanda masturbasiya dönəmində qonşu uşaqla sürtünmə olmuşdu, deməli geyəm. Bu adam özünü dərk etmir.

Yanlış informasiya alırlar, ordan-burdan, internetdən. Həmin sürtünmə dönəmini yaşayan xanımlar da var. 13-14 yaş bədənin oyanma vaxtıdır, insan özü də bilmədən masturbasiyaya başlayır. Qızların bir-birilərindən xoşları gəlir sürtünmə yolundan istifadə edirlər. Sonra gəlir ki, mən lezbiyanam. Deyilsən. O elə bir dönəmdir ki, fərqində olmayıb, sublimasiya edə bilməyib və bilmədən qonşu qızı, xala qızı , ya kimləsə bu proses başlayıb. Belə olan halda, dərhal eynicinsli olduqlarını, normal olmadıqlarını düşünürlər. Oğlandırsa deyir “qadın ruhundayam”, qızdırsa “kişi ruhundayam”. Həmən mərhələnin öhdəsindən gələ bilmir. Çünki hara baxırsan, eynicinsli münasibətlərdən danışılır, reklam olunurlar. Məsələ budur. Valideyn mütləq şəkildə övladına başa salmalıdır, əgər yolunu bilmirsə, psixoloqdan yardım istəmək lazımdır.

fikri ön plandadır. Arvad kimi baxırlar, amma xanım kimi yox.

Yenə təmələ gələcəm – valideynlər uşaq böyüdəndə ona özününkü kimi baxır. “Mənim uşağımdı, özüm bilərəm”. Xeyr. Dünyaya gətirilən hər uşaq sənin deyil, cəmiyyətindir. Sabah o hansısa bir şirkətin işçisidir, kiminsə yoldaşıdır və ya xanımıdır, valideyndir. Qız uşaqlarını böyüdəndə onu “arvad” kimi yetişdirmək lazım deyil. Kişi də eləcə. Evlənəndən, uşağı olanda, qarın qabağa gələndən sonra kişi status daşıyır. Olmazmı ki, sən uşaqlıqdan buna kişi deyə müraciət edəsən. Bu sözlərlə ona məsuliyyət yükləyirsən artıq. Qız uşağına “sabah ana olacaqsan” deməkdənsə, ilk növbədə “sən xanımsan” deməliyik. Belə olan halda, o, xanım kimi davranmağa başlayacaq.

– Kişilər həyat yoldaşlarına yaraşdırmadığı şeyləri başqalarında, hətta homoseksuallarda belə tapmağa çalışırlar. Buna səbəb nədir?

– Çünki onlar qorxurlar. Özünün gizli, zəif tərəfləri var, onu göstərməkdən, xanımının gözündən düşməkdən çəkinir. İnsanın şüuraltında nə yatdığını bilmirik. Cinsi münasibət elə bir şeydir ki, ehtiyatlı davranmaq lazımdır. Bu gün pornoqrafiq videolar geniş yayılıb. Yeniyetmələrdə xüsusilə diqqətli olmalıyıq, onlar bu cür videolara baxdıqca şüuraltlarına nələrsə yüklənir. Sabahısı gün cinsi münasibətə girəndə onların yaşadıqları az gəlməyə başlayır, başqa şeylər sınamaq istəyirlər. Daha dərinə getdikcə artıq insanlıqdan çıxmağa başlayır, normal cinsi münasibət cızığından çıxır, sadə dildə desək, pozğunluqlara gedirlər. Bunu qarşı tərəf qəbul etməyə bilər və xəyal qırıqlığı yaşayar. Bu baxımdan qorxular var. Hər şeyin həddi olmalıdır, balansı hər yerdə qorumaq lazımdır. Cinsi münasibətdə də. Əgər ağlına qeyri-adi bir şey gəlirsə, sən artıq onu sekspotoloqla müzakirə etməli, öhdəsindən gəlməlisən ki, niyə məndə normadan kənar hisslər var.

kişinin boşluğuna gəlir. Qadın qulağı boş qalmamalıdır. Ayda bir çiçək alsalar, özəl günləri qeyd etsələr, səbəbsiz nələrsə etsələr, könlünü xoş tutsalar, qadın xəyanət etməz. Mütləq kişi boşluğu olur ki, bu yola əl atırlar. Çoxu da peşman olur. Kişilərdə isə xəyanətin milyon səbəbi var. Məsələn, deyir ki, mən çox ehtiraslıyam, xanımım passivdir, ondan nəsə istəyirəm, qəbul etmir. Baxırsan ki, düzdür. Bir kişi qadınına natəmiz olduğuna görə xəyanət edirdi. Kişi təmizkardır, deyir ki, mən evə girirəm, qablar çirklidir, yer yığışdırılmayıb , evə əl gəzdirilməyib, ancaq əlində telefon və s. Həmin kişi boşanmır, amma xəyanət edir və yanına getdiyi qadın təmizkar olur. Bu da düzdür.

Qadın istəsə, kişini evə darta bilər. Bir də var, evə bağlı olmayan kişilər. Söhbət normal insanlardan gedir. Xanımın həm gözəlliyi, zəkası, evdarlığı var, hər şeyi yerindədir, ancaq kişi evə bağlı deyil. Bu artıq kişinin öz problemidir. Bu kişilər uşaq vaxtı həddindən artıq ata-ana davasının şahidi olanlardır. Belə insanlar evə gəlmək istəmirlər. Bir oğlanla evlənəndə onun atası-anası haqqında fikirlərini bilmək lazımdır. Əgər valideynlərinə bağlı deyilsə, öz ailəsinə qarşı da elə olacaq. Həddindən artıq anasına bağlıdırsa, o da yanlışdır. Belə yerdə gəlin-qaynana münasibətləri dəhşətli dərəcəyə çatacaq. Ana ilə oğul məsafəli olmalıdır, amma əlaqə qopmamalıdır.

– Homoseksuallıq məsələsinə toxunmaq istəyirəm bir az. Bu, Ümumdünya Səhiyyə Təşkilatının xəstəliklər siyahısında yoxdur. Psixoloq kimi necə düşünürsünüz, homoseksuallıq xəstəlikdir, yoxsa sonradan qazanılan vərdiş?

– Vərdişdir və birbaşa psixoloji pozuntudur. İstəyir lezbiyanlar, transeksuallar olsun, istəyir geylər, biseksuallar olsun, hamısının təməlində uşaqlığı ilə bağlı travmaları var. Ümumi adı valideyn nəzarətsizliyidir. Ya bayaq dediyim yeniyetmə dönəmində başa salanı olmayıb, ya istismara, təcavüzə məruz qalıb, valideynləri tərəfindən atılıb. Tutaq ki, oğlan uşağı kiçik yaşlarında təcavüzə məruz qalıb. Sən niyə sonradan qadın olursan? “Mən kişi olmalı deyildim, yanlış doğulmuşam” deyirsən?

Biri küçəyə çıxıb “prezidentəm, hamınız mənə tabe olmalısınız” desə, onu aparıb dəlixanaya salacaqlar. Amma bir oğlan çıxıb deyir ki, mən qadınam və cinsiyyətini dəyişir, buna normal baxırlar. Niyə? Problem başqa bir şeydədir. Bəziləri təcavüzə məruz qalsa da, kişi kimi həyatını davam edir. Fərq burasındadır. Onsuz da uşaq vaxtı istismara uğrayan oğlan uşağında kişilik mənliyi ölmüş olur. Məsələn, 23 yaşında bir oğlan gəlmişdi, həyatında heç bir münasibəti alınmır, çox aqressivdir, özünə qapanıqdır, insanlarla ünsiyyəti yoxdur. Sonra məlum oldu ki, 11 yaşında olanda 14 yaşlı qonşu oğlan tərəfindən dəfələrlə cinsi istismara məruz qalıb. Amma bu gey deyil, demir ki, içimdə qadın ruhu var, normal kişi kimi həyatını yaşayır, təbii ki travması ilə.

Qadın və kişinin bərabərliyi ortaya çıxdı, ondan sonra bizdə problemlər başladı. Bizdə bərabərliyi düzgün başa düşmürlər. Bu o deməkdir ki, qadın da işləyə bilər, kişi də, uşaq tərbiyəsində qadın da, kişi də eyni iştirak etməlidir. Bizdə axı elə deyil. Qadın tərbiyə verir, sabah gün bir səhv olanda “sənin verdiyin tərbiyədir” sözünü eşidir. Yox əzizim, o uşaq sənə də aiddir, tərbiyədə sən də iştirak etməlisən. Bərabərlik o demək deyil ki, sənə olarsa, mənə də olar. Ona olan sənə də olsaydı, onda ikiniz də eyni cinsiyyət orqanı daşıyardınız.

Niyə birinci kişi yaranıb? Əgər bərabərlik varsa, ikiniz də eyni vaxtda yaranardız da. Birinci kişi yaranıb, sonra qadının badına gedib. Düşünürəm ki, idarəedici bir nəfər var, o da kişidir və ailə ona tabe olmalıdır. Qadın həmişə düzəliş edəndir.

– Son olaraq, əgər bir siyasətçi xalqın hislərinə toxuna bilirsə, çıxışlar edib səs yığırsa, bu artıq psixoloji gedişdir. Sizcə, bir psixoloqdan mükəmməl siyasətçi olarmı?

– Niyə olmur ki. Mən şəxsən gələcəkdə millət vəkili olmağı fikirləşirəm. Xalq arasında olan biri seçilməlidir. Məsələn, bu gün bizdə məişət zorakılığı haqqında qanun qüvvəyə minməyib. Milli Məclisdə oturan bəzi ağsaqqallar hələ də başa düşmürlər ki, necə yəni kişi qadına bir şillə vuracaq, o da gedib şikayət edəcək, kişiyə cəza kəsiləcək. Yaxud uşaq ata-anasından şikayət edəcək, cəza tədbirləri görüləcək.

Bu gün nə qədər həyat yoldaşı tərəfindən öldürülən qadın var. Uzaqdan-uzağa tanış biri var idi, boşanmışdı, 7 ildən sonra keçmiş həyat yoldaşı gəlib üzünə “kislota” tökmüşdü. Axı ailə zəminində baş verən hadisələr var. Bunların heç birinə baxmırlar və deyirlər ki, ailə içində olan söz-söhbətdir. Amma qanun qəbul edilsə, artıq hər kəs öz həddini biləcək.

Bilirsiniz, yanıma nə gündə xanımlar gəlir? Diş yox, döyülüb. Xanım var ki, 6 aydır hava nədir bilmir, çölə çıxmaq icazəsi yoxdur. Məişət zorakılığı haqqında qanun qüvvəyə minsə, həmin kişiyə cəza düşür. Odur ki, riyaziyyat müəllimi gəlib icra başçısı ola bilir, psixoloq yox? Bu arada mən 10 il təyyarə bələdçisi işləmişəm. Çoxları yazır ki, bu axı təyyarə bələdçisi olub, bundan nə psixoloq çıxar? Çox gülünc bir yanaşmadır. Kim anasının qarnında nazir olur? Kim millət vəkili olur? Müəyyən bir yerə gəlmək üçün mərhələlərdən keçməlisən. İnkişaf etmək istəyirəm, niyə sahəmi dəyişməyim? Hələ 2 ildən sonra harada olacam bilmirəm. Siyasət məsələsinə gəlincə, bəlkə 42 yaşımda filan niyə də olmasın? Sınamaq olar./sfera.az/