“İnanmıram kasıb bir insanla yaşaya bilim” - Nigar ikinci ərini evdən qovmasından danışdı

01 Aprel 2024
660aff9275df6202404244018
6452

Əməkdar artist Nigar Şabanova 2 dəfə ailə qurmasından və boşanmasından danışıb.

Show.az lent.az-a istinadən bildirir ki, qatıldığı proqramların birində o, şəxsi həyatı barədə maraqlı açıqlamalar verib.

"Birinci evliliyim ailəmin təkidi ilə 16 yaşımda olub. "Xalq ulduzu" muğam müsabiqəsində iştirak edəndə artıq ailəm dağılmışdı. Ailə həyatım cəmi 1 il çəkdi.

Ailəmin dağılmasında günah məndə deyildi. Həyat yoldaşım kişiliyə sığmaz bir addım atdı. Dayım ərimin bacısını boşadı, onlar da məni anamın evinə gəri gətirdilər. Dedilər ki, "siz bizim qızımızı saxlamadınız, biz də sizim qızınızı saxlamırıq", - o  bildirib

Nigar Şabanova deyib ki, ikinci dəfə ailə qurması  ən böyük səhvi olub: "Bir il cəhənnəmə dözdüm. Elə bil bir anda kimsə məni silkələyib, buz kimi suyun içinə salıb-çıxartdı. Özümə sual verdim ki, "sən axı niyə dözürsən?".

Ayağımı yerə vurdum və dedim ki, sən, ər evdən yox olmalısan. Və bir saatın içində o, evdən yox oldu. Mən onu yox elədim. Elə bilirdim ki, ikinci həyat yoldaşımı sevirdim. Amma sən demə, sevməmişəm. Bundan sonra da inanmıram ki, kasıb bir insanla yaşaya bilim. Çünki kasıba dəyər verdim və sonra hər şeyi gördüm.

İkinci həyat yoldaşım adımdan, cəmiyyətdə olan hörmətimdən böyük şəkildə istifadə edib", - o söyləyib.