İlhamə Quliyevanın oğlu ölüb? - Şok fakt üzə çıxdı

01 İyun 2024
6650ae22777fe202405241130
2922

Mərhum Xalq artisti İlhamə Quliyevanın itkin düşən övladlıq oğlu Orxan Nadirovla bağlı yeni fakt üzə çıxıb.

OLAY yazır ki, bu barədə Əməkdar jurnalist Xoşqədəm Hidayətqızı “Səni axtarıram” verilişində məlumat verib:

“Orxan yoxa çıxmadan 3 gün əvvəl dostuna zəng vurub deyib ki, məni izləyirlər. Soruşublar ki, nə etmisən ki, izləyirlər? Deyib, bilmirəm, hoteldəyəm, məni izləyirlər. Bunu bildiyi üçün Bakıxanın (dostu -red.) taksi kimi sürdüyü maşınla qaçır. Maraqlıdır, izlənildiyi üçün oradan da qaçıb və hava limanına gedib? Niyə izlənildiyi halda hava limanına gedir və İstanbula uçmağa cəhd edir? Orxanın iki pasportu olub. Hətta Rusiyaya həmin saxta pasportla keçdiyini deyənlər var. 

Sıradan insan tərəfindən izlənilməyib. Bu adam hansı ağılla hava limanına gedib. Əsrarəngiz sirrlərlə dolu bir axtarışdır. Məsələn, deyirlər ki, saxlayanlar onu öldürməzlər. Orxan şəkər xəstəliyindən əziyyət çəkirdi. Onu dəhşətli dərəcədə döyüblər. O döyülmədən sağ çıxarmı bilmirəm. Danışılan çox şey var, hansı ki, deyə bilməyəcəyim məsələlərdir. Bakıxanın həyat yoldaşı Sofiya deyib ki, adımı çəkməyin, efirə bağlamayın, çünki mənə təhdid var”. 

***

Xalq artisti İlhamə Quliyevanın övladlıq oğlu Orxan Nadirovla bağlı yeni iddia ortaya atılıb.

Bu barədə Xoşqədəm Hidayətqızının aparıcısı olduğu "Səni axtarıram" verilişində danışılıb. Məlumata görə, Orxan Nadirov həbs edilməyib, onun bir saxta, bir əsl pasportu olub.

Anası isə deyib ki, Orxan ona 8 ay zəng etməyib:

"Əgər salamat olsa, mənə zəng edərdi. Elə bir məlumatı mən də almışdım. Orxan qurumlar tərəfindən saxlanılmayıbsa, mümkün deyil mənimlə əlaqə saxlamasın. O bilir mən necəyəm, nə problemlərim var. Çünki gün ərzində iki-üç dəfə onunla danışırdım".