İlahiyyatçının saxlanılmasına səbəb olan ədəbsiz görüntüləri yayıldı - ŞOK VİDEO

26 İyun 2024
667ba5407fd4b202406242104
2533

​İyunun 22-də Abşeron rayonu, Masazır qəsəbəsi, Vidadi Quliyev küçəsində ilahiyyatçı Salman Kamiloğlu azyaşlıya qarşı seksual xarakterli hərəkətlər edib.

Ağsuda yaşayan, Masazıra dayısıgilə qonaq gələn azyaşlını yolun kənarında oynayarkən görən ilahiyyatçı onu yanına çağırıb və əxlaqsız hərəkətlər etməyə başlayıb. Azyaşlının qohumunun onlara tərəf gəldiyini görən ilhiyyatçı ərazidən uzaqlaşıb. Azyaşlının dayısı həmin şəxsin sözügedən ərazidə yaşamadığını, falçının yanına gəldiyini söyləyib:

“Dükanın yanında gördüm ki, bankomatdan pul çıxarır. Yaxınlaşdım ona, həmin şəxs olub-olmadığını təsdiqləmək üçün mənimlə gəlməyini xahiş etdim. Gəldik, yoldaşım da, uşaq da həmin adam olduğunu təsdiqlədi. Bu şəxs isə boynuna almadı, din adamı olduğunu dedi. Abşeron Rayon Polis İdarəsinə zəng etdim. Polislər gəlib götürdülər. Orada isə hər şeyi boynuna aldı”.

Ətraflı Baku tv-nin sujetində: