Bayağı ifaçının efirə çıxması qalmaqal yaratdı: ATV sərt tənqid edildi
Aktrisa Aydan Həsənzadə “Azad Azərbaycan” telekanalı ilə bağlı tənqidi status yazıb.
OLAY yazır ki, sənətçi kanalın Məmişxan adlı ifaçını efirə çıxarmasına irad bildirib:
“İndicə qarşıma xəbər çıxdı ki şura “Vətəndaş A” serialına xəbərdarlıq edib. Serialı izləməmişəm, gözləyirəm tam bitsin ki birdəfəlik baxıb fikirlərimi yazım. Amma gördüyüm 1-2 səhnə bəs edir ki, serialın uğurlu olduğunu, maarifləndirici xarakter daşıdığını əminliklə qeyd edim. Bəs, şura bu səviyyəsizliyi görmür? Niyə xəbərdarlıq olunmur?! Həqiqətən elə bil insanların zövq və şüurunu korlamaq üzrə məqsəd var və plan yerinə yetirilir, özü də yüksək səviyyədə… Əfsus! Hələ “Azad Azərbaycan” adı altında fəaliyyət göstərən bir kanalın bu dərəcə səviyyəsiz hərəkət etməyi…”.
Qeyd edək ki, sözügedən şəxs “Gedib mamana demə” adlı mahnı ilə TikTok-da populyarlaşıb. O, bu gün “Rəngarəng səhər” verilişində qonaq olub. / olay.az