İbrahim Tatlısəs Bakıya konsert, yoxsa müalicə almaq üçün gəlib? - VİDEO

12 May 2024
663fdb32d4f37202405245514
3167

Xəbər verdiyimiz kimi, türk sənət musiqisinin "imperatoru" İbrahim Tatlıses bu gün Bakıya gəlib. 72 yaşlı sənətkar Heydər Əliyev Hava Limanında əlil arabasında görüntülənib.

Show.az xəbər verir ki, Tatlısəsin illər sonra şəhərimizə gəlməsi "Zaurla Günaydın" verilişində müzakirə olunub.

Proqramın aparıcısı Zaur Baxşəliyev bildirib ki, İbrahim sonuncu dəfə 17 il əvvəl, yəni 2007-ci ilin mayın 31-də Əməkdar artist Nüşabə Ələsgərlinin oğlu Orxanın kiçik toy məclisinə gəlib.

Bu anda verilişdə qonaq olan müğənni Tunar Rəhmanoğlu bildirib ki, o zaman İbrahim Tatlısəs təkcə Nüşabənin övladının məclisində çıxış etmək üçün yox, həm də müalicə almaq üçün Bakıya gəlmişdi.

Tunarın bacısı Günel Zeynalova isə "indi konsert vermək üçün Bakıya gəlib" sözlərini deyib.

Xatırladaq ki, o zamanlar İbrahim Tatlısəs kosmoenerget, ektrasens Nuridə Küskünün yanına müalicə üçün gəlibmiş.

Qeyd edək ki, İ.Tatlıses bu gün yeni açılan restoranların birində konsert proqramı ilə sevənlərinin qarşısına çıxacaq.

(Bizim.media)