Hüseyndən Rəşad Dağlının oğluna jest: “Ferrari” göndərdi - FOTO

12 Fevral 2025
66069a3bb0cf7202403243851
3502

Həbsdə olan meyxanaçı Rəşad Dağlının oğlu Yusif ilə həmkarı Balaəlinin TikTok-da açdığı canlı maraqlı məqamla yadda qalıb.

Show.az titul.az-a istinadən xəbər verir ki, Rəşadın oğluna bu canlıda bir çox dəyərli hədiyyələr göndərilib. Onların içində ən bahalı və ən yadda qalanı isə Rusiyada məşhurlaşan azərbaycanlı videobloqer Hüseyn Həsənovdan (Quseyn Qasanov) olub.

Dünyaca məşhur blogerin Yusifə “Ferrari” hədiyyə atması meyxanaçının oğlu ilə yanaşı Balaəlini də təəccübləndirib.

Həmin görüntüləri təqdim edirik: