Hüseyn Həsənov Bakıdakı lüks evini nümayiş etdirdi - VİDEO

12 May 2024
Huseyn
4899

Rusiya və MDB ölkələrində məşhurlaşan azərbaycanlı bloger və iş adamı Hüseyn Həsənov Bakının Nardaran ərazisində yerləşən yüksəkmərtəbəli binaların birində aldığı evinin təmirdən sonraki halını nümayiş etdirib

Show.az xəbər verir ki, iki otaqdan ibarət studio mənzil neoklassik üslubda dizayn edilib.

Evin bir sıra mebel və əşyalarında Hüseynin adının baş hərflərinin inisialları həkk olunub. Dizaynerlər tərəfindən ərsəyə gətirilən mənzildə rahat və komfortlu yaşam üçün hər bir şərait yaradılıb.

Diqqət çəkən məqamlardan biri isə yataq otağında hazırlanan ayrıca geniş və işıqlı qarderob otağıdır. Orada Həsənovun dəbdəbəli geyim və aksessuarlarını yerləşdirmək üçün nəzərdə tutulan rəflər də mövcüddur.

Mənzilə girər-girməz təmirə və dizayn işinə heyran qalan Hüseyn belə bir nəticə gözləmədiyini və dərhal buraya köçəcəyini vurğulayıb.

Həmin anları isə H.Həsənov sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.

Qeyd edək ki, Hüseynin Moskvanın "Moscow City"də yerləşən binalarda mənzilləri var.


(bizim.media)