"Həyatın mənası desələr, onu göstərərəm..." - FOTO

09 May 2024
Lale Azertas
951

Aparıcı Lalə Azərtaş qızı ilə bağlı paylaşım edib.

Show.az olay-a istinadən xəbər verir ki, Lalə övladının fotosunu paylaşaraq bunları yazıb:

"Həyatın mənası desələr, onu göstərərəm... Arzun desələr, işarət barmağım yenə ona yönələr... İlkim yenə o özüdür ki, var... Sevgim bütövü odur... Şükür səbəbimin ən böyüyü odur... Ana kimi müqəddəs adı onun sayəsində qazandım. Üzümün gülüşü ondan qaynaqlanar. Həyatın al-əlavən rəngi onda cəmləşib. Əvvəlim və sonum heç şübhəsiz odur. Ruzi -bərəkətim onunla çoxalıb. Hər şeyin ən yaxşısı ona yönəlib. Mütləq olacaq yaradanın izniylə bunu da o edəcək... Bir sözlə hamı, hər şey o... O 18 yaşına qədəm basır. Sağlıqlı, hüzurlu, sevgi dolu davam et. Sənlə bağlı xəyallarımı realıqda yaşa! Xoşbəxt ol! Allah balamın simasında bütün balaları xoşbəxt etsin".