"Həyat yoldaşıma deyib ki, Zülfiyyə de ki, ağzını bağlasın" - VİDEO

02 May 2024
66339731354ca202405243753
1891

Aşıq Telli Borçalı onun haqqında səsləndirdiyi fikirlərə görə həmkarı Zülfiyyə İbadovanın ünvanına sərt sözlər deyib.

Show.az xəbər verir ki, bu gün hər iki aşıq "Rəngarəng səhər" verilişində qonaq olub. Onların arasındakı qalmaqal daha da böyüyüb.

"Telli xanım dünən efirdə deyir ki, mən Zülfiyyənin həyat yoldaşı Sakitə zəng etdim və ona söylədim ki, mən sizin restoranınızda sazımı qoymamışam. Amma sən Telli, ona demisən ki, Zülfiyyəyə de ki, ağzını bağlasın və danışa bilmirsə, danışmasın" deyə, Zülfiyyə bildirib.

Telli onun sözlərini təsdiqləyib: 

"Sənin üçün fərqi olmaya bilər, amma mənim üçün fərq var. Sən mənim bir dəfə heç etibarsızlığımı görmüsən? Durduğum yerdə sən məni efirdə etibarsız bir insan kimi təqdim etmisən". 

Zülfiyyə onun fikirlərinə qarşılıq olaraq "Etibarsız" sözü ağırdır, yoxsa "Başından böyük yalan danışır?" deyə, soruşub.

Telli isə "Bəli, nə tökərsən aşına, o da çıxar qaşığına. Sən o sözləri dedin. Nənəmin bir sözü var idi "Demə, eşitmə!" Bu ssenarini sən özün başlatmısan, mən isə davam etdirirəm. Harada istəsən davam etdirməyə hazıram" cavabını verib. 

Aşıqlar arasındakı söz davası bitmədiyi üçün proqram daha sonra reklam fasiləsinə ayrılıb. Tərəflər daha sonra barışıb. Telli veriliş aparıcılarına səslənərək məsələnin bitdiyini və bu haqda bir daha efirlərdə ona sual verilməməsini istəyib. 

Qeyd edək ki, Zülfiyyə daha əvvəl açıqlamasında sahibi olduğu restorandan danışaraq "Aşıq Telliyə sazımı etibar etmərəm. Həmişə gəlir bizim restorana yeyir, sonra da sazını unudub gedir. Zəng edir ki, sazım orada qalıb" deyə, bildirib.