“Həkimə şəkilimi göstərib deyirlər ki, məni Mətanətə oxşadın" - FOTO

19 Mart 2024
65f9546f2a2ce202403240135
779

Müğənni Mətanət Əsədova özünü ona bənzədən məşhurlar haqda sərt açıqlama verib.

“Şou xəbər”ə danışan ifaçı ad çəkmədən bəzi həmkarlarını ikiüzlü adlandırıb:

“Mən bilirəm ki, sən yaltaqsan. Əgər belə ürəklisənsə bunu mənə efirdə üzbə-üz de! Gedirlər həkim yanına, şəkilimi göstərib deyirlər ki, “məni Mətanətə oxşadın”. Gərək insanın özü gözəl olsun, nə qədər əməliyyat etsəniz də mənə oxşaya bilməyəcəksiniz.”

Xatırladaq ki, son olaraq Əsədova ilə Əməkdar artist Elza Seyidcahan arasında qalmaqal yaşanmışdı. Bəstəkar-müğənni “Günaydın, Azərbaycan” verilişində Mətanət haqqında səsləndirdiyi fikirlər ikili arasında gərginliyin hələ də davam etdiyini təsdiqləyir:

“Mətanət Əsədova kimdir ki? Müğənnidi? Müğənni deyil. Səsi var, səsinin aşiqiyəm. Sənətinin üstünə düşməkdənsə, bədəninin üstə düşüb. Adam səsi montaj edər, oxuyar. Mən onu sevmirəm. O, seviləsi adam deyil. Səsini sevirəm”.

Kəmalə Bədəlova