Heç kim 75 yaşında olduğuna inanmır, gənc qıza bənzəyir - Cavan qalmasının səbəbi isə heyrətə gətirir - FOTOLAR

01 İyun 2024
665af104d9541202406245932
2543

Məşhur modelyer Vera Vanq 75 yaşı olmasına baxmayaraq bədən quruluşu və üslubu ilə diqqət çəkir. Vanq gəncliyinin sirrinin uzun saatlarla işləmək olduğunu deyir. Fotoları görənlər isə "Sanki zamanı durdurub" şərhini yazır.

Hamı onun sağlam qidalanma və idman ilə belə qaldığını düşünsə də, Vanqın açıqlamaları heyrətə gətirir. O, hər gün "fast food" və donut yediyini bildirib.

Gəncliyin sirrinin uzun saatlarla işləmək olduğunu söyləyən Vang, məşğul olmağın qocalığın ən yaxşı dərmanı olduğunu müdafiə edir. Məşhur modelyer genetik cəhətdən şanslı olduğunu bildirir.