Hasan Can Kaya saxlanıldı: 23 yaşlı gənc qadını… – Şok səbəb / FOTO

14 İyun 2024
666bf8d67c7b4202406240126
689

Məşhur komediya ustası Hasan Can Kaya özəl universitetin məzun gecəsində tanış olduğu 23 yaşlı gənc qadını evində saxladığı ittihamı ilə saxlanılıb.

Show.az baku.ws-ə istinadən bildirir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Hadisə ötən həftənin çərşənbə axşamı Türkiyə saatı ilə saat 04:00 radələrində Beşiktaşın Levent məhəlləsində baş verib.

Əldə edilən məlumata görə, Hasan Can Kaya İstanbulda özəl universitetin məzun gecəsinə qatılıb.

Kaya gecəyə də qatılan 23 yaşlı A.Nazlıcan adlı xanımla tanış olub. Bir müddət söhbət edən ikili əyləncənin sonunda Kayanın Leventdəki evinə gedib. Cütlüyün içəridə söhbət etməyə başladığı və bu müddət ərzində spirtli içki qəbul etdiyi iddia edilib. 

Nazlıcanın Kayanın ona yaxınlaşmasından narahat olduğu və evdən çıxmaq istəsə də, Kayanın ona evdən çıxmasına icazə vermədiyi bildirilib.

Daha sonra o, mobil telefonundan dostuna evin ünvanını göndərib.

Nazlıcanın yerini tapan Beşiktaş polisi gecə saatlarında həmin ünvana gəlib. Gənc qızın içəridə olduğu təsbit edildikdən sonra polis qrupları Nazlıcan çölə çıxarıb. Gənc qız şikayət etdiyinə görə Hasan Can da polis bölməsinə aparılıb.

Bunun üzərinə polis qrupları gənc qıza qanuni hüquqları barədə məlumat verib, hadisəni və gənc qızın ifadəsini prokurorluğa göndərib.

Prokurorluq ifadəsi alındıqdan sonra polis idarəsində olan Kayanın sərbəst buraxılması barədə qərar verib.

Polis bölməsində ifadəsi alınan Kaya ittihamları rədd edərək, iddia edilən hadisələrin baş vermədiyini, Nazlıcan A. evdə olarkən evdə başqa qadınların olduğunu deyib.

Nazlıcan Kayadan şikayətçi olmadığını bildirib və komediya ustası sərbəst buraxılıb.