Gözəl səsi var, sponsoru olsaydı... - Samirədən qızı barədə şok açıqlama
"Qızım Fərəhlə efirlərə çıxır, duetlər ifa edirəm, buna da paxıllıq edirlər".
Bunu müğənni Samirə Yusifqızı deyib.O əlavə edib: "Hələ ki məndən bir az qorxuları var deyə, çəkinir, qorxurlar. Məndən çəkinməsələr, bəlkə də uşağımın ətini yeyərlər. Bilirlər ki, o biri üzüm də var. Uşağım üçün nəsə deyəni dişimlə, dırnağımla gəmirərəm.
Gözəl səsi var, 3 klip çəkdirib, musiqi duyumu güclüdür. Bilməzdim ki, qızım bu cür oxuya bilər. Sənətə gələndə qorxurdum ki, birdən özünü doğrulda bilməz, xəcalət çəkərəm. Bu gün onunla fəxr edirəm.
Cavandır, hələ irəli də gedəcək, ona xeyir-duamı da vermişəm. Nə qədər canım sağdır, ona dəstəyəm. Haqqında söz deyənin şapalaq boynunun arxasından dəyər.
Yalandan deyirlər ki, sponsoru var. Sponsoru olsaydı, şou proqramlara niyə gedirdi? Demək ki, o istedadlıdır, demək ki, o parıldayır ki, danışırlar". / Moderator