Gecə oğlunu təbrik etdi, məzun gününü isə görə bilmədi... - FOTO

14 İyun 2024
666c4cfd92f41202406240029
3189

AMEA-nın Folklor İnstitutun Klassik Folklor şöbəsinin elektronçusu Elnarə Soltanova qəfil vəfat edib.

Show.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə onun iş yoldaşı Elyar İslamoğlu məlumat yayıb.

O bildirib ki, bu gün E.Soltanovanın oğlunun məzun günü imiş: "Bu günü çox səbirsizliklə və həsrətlə gözləyirdi. Gecə saat 3-ə işləmiş oğlu haqqında vatsapda paylaşım edib, ürək sözlərini yazıb. Bəlkə də səhər oğlunun məzun günündə iştirak edə bilməyəcəyini ana ürəyi hiss edibmiş".