“Gaddar” izləyicilərinə pis xəbər

19 May 2024
664a4e6449d7e202405240924
779

Baş rolunda Çağatay Ulusoyun yer aldığı “Gaddar” serialının final tarixi açıqlanıb.

Show.az bu barədə Türkiyə mediasına istinadən xəbər verir.

İbrahim Çelikkolun qonaq aktyor qismində daxil olduğu, Çağatay Ulusoy, Sümeyye Aydoğan, Onur Saylak, Alper Çankaya və Erdal Özyağcıları baş rollarda bir araya gətirən serial iyunun 7-də 20-ci bölümü ilə ekranla vidalaşacaq.

Həmin axşam “Yalı Çapkını”, “Kızılcık Şerbeti” və “Kara Ağaç Destanı” seriallarının mövsüm finalı olacaq.