Faiq Ağayev "Qaşlarını alırsan?" sualına elə bir cavab verdi ki... - VİDEO

11 İyul 2024
66143900b9930202404243544
3956

“Deyirlər ki, qaşlarını alır. Mənim qaşlarım uşaqlıqdan belə olub”.

Bunu Baku TV-də yayımlanan “Qapqara” verilişində Xalq artisti Faiq Ağayev deyib.

Müğənni qeyd edib ki, insanı sənəti ilə vura bilməyəndə bu cür şayiələr yayırlar. F.Ağayev sevgiyə görə bir müddətlik sənətdən uzaqlaşdığı dövrdən də danışıb:

“Bir ara sənətə xəyanət etdim. Sevgiyə görə səhnədən getdim. Moskvaya köçüb, bir il iki ay orada yaşadım. Bunun səbəbi “Sənə milyonların sevgisi məndən daha artıqdır” cümləsi idi. Sənətdən getdim və həm özüm, həm də onun üçün maraqsızlaşdım. Başa düşdüm ki, sənət və məhəbbət bir yerdə olmalıdır”.

Ətraflı süjetdə: