Faciəvi şəkildə ölən gənc şəhidimizin yeganə qardaşı imiş - FOTO

12 May 2024
664069746c7bb202405240212
3792

"Electro-İndustries" QSC-nin elektrik quraşdırıcısı vəzifəsində işləyən Elvin Tağıyevin aprelin 29-da Mingəçevir REŞ MMC-nin Ucar yarımstansiyasında aparılan yenidənqurma işləri zamanı elektrik cərəyanı vurması nəticəsində almış olduğu xəsarətlərdən bu gün müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

Show.az axar.az-a istinadən xəbər verir ki, əslən Kəlbəcər rayonundan olan və Mingəçevirdə yaşayan 1999-cu il təvəllüdlü Elvin Tağıyevin ötən il antiterror əməliyyatı (2023-cü il 19-20 sentyabr) zamanı şəhid olan Cahangir Tağızadənin yeganə qardaşı imiş.

Onun dayısının isə 44 günlük İkinci Qarabağ savaşında şəhid olduğu bildirilir.