O, Ekologiya və torpaqşünaslıq fakültəsinin “Torpaqşünaslıq və aqrokimya” ixtisası üzrə təhsil alırmış.
Qeyd edək ki, o, yaşadıqları binanın dördüncü mərtəbəsində paltar sərərkən müvazinətini itirərək hündürlükdən yıxılıb. Mingəçevir Şəhər Xəstəxanasına çatdırılsa da, Arzunun həyatını xilas etmək mümkün olmayıb. Vəfat edən qız nişanlı imiş, yaxın aylarda toyu olacaqmış.
Hadisə ilə bağlı Tərtər Rayon Prokurorluğunda araşdırma aparılır. / Qafqazinfo
***
Xəbər verdiyimiz kimi, Tərtərdə paltar sərən 21 yaşlı qız dördüncü mərtəbədən yıxılaraq ölüb.
Arzunun nişanlısı olduğunu bildirən Əli Məmmədov adlı şəxs onunla birgə çəkdirdikləri fotolarını sosial şəbəkə hesabında paylaşıb.
“Allah sənə rəhmət eləsin, Arzum. Səni gəlinliklə qarşımda görmək istəyərdim, öz əllərimlə torpağa qoymağı deyil. İçim yanır. 6 ildir əllərimin içində saxladım, Allah səni aldı məndən. Allah mənim bəlamı versin”, - deyə o, paylaşımında qeyd edib. / Publika.az
***