Faciəli şəkildə ölən Şövqiyyə barədə təsirli fakt - Foto

06 May 2025
6819204867ac1202505253208
266

Bir neçə gün əvvəl Bakının Suraxanı rayonunda 19 yaşlı Şövqiyyə Baxşıyeva faciəli şəkildə ölüb.

Dəm qazından həyatını itirən gənc qadın Astara rayonunda dəfn olunub.

Mərhum 6 ay əvvəl ailə həyatı qurmuşdu.

Xatırladaq ki, hadisə mayın 1-i, paytaxtın Suraxanı rayonu, Dədə Qorqud qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini, 2006-cı il təvəllüdlü Ş.Baxşıyeva yaşadığı evin hamam otağında dəm qazından boğulub.

Onun meyiti gecə saatlarında ailə üzvləri tərəfindən aşkar edilib. / Unikal.az