Faciəli şəkildə ölən hərbçimiz barədə təsirli fakt - Foto

24 Yanvar 2025
67934191683b0202501253025
1356

Xəbər verdildiyi kimi, yanvarın 13-də Azərbaycan ordusunun hərbi qulluqçusu Camal Hüseynov odlu silahdan açılmış atəş nəticəsində ölüb.

2001-ci il təvəllüdlü Camal Hüseynov Bakı şəhəri Səbayıl rayonunda yerləşən 50 saylı orta məktəbdə təhsil alıb.

C.Hüseynov qəbul imtahanında yüksək bal toplayıb. O, 573 balla Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Dövlət və bələdiyyə idarəetməsi” ixtisasına qəbul olunub. Daha sonra Azərbaycan Dövlət İqtisad Universitetində magistr təhsili alıb. Təhsil aldığı illərdə marketlərdən birində çalışıb. / modern.az