"Əvvəllər qızlar ərə gedəndə oğlanın təhsilinə baxırdı, indi isə puluna"
“Əvvəllər 22-25 yaş aralığında olan oğlanlar evlənirdilər, sonra isə arxadan gələnlər üçün yol açılırdı və onlar ailə qururdular. İndi sanki bir otaq hazırlayıblar və içində 25, 35, 40, 45 yaşlarında oğlanlar var. Digər tərəfdə də bir otaq dolu qız var. Qızdan soruşursan oğlan tapa bilmir, oğlan da qız tapa bilmir”
Bu sözləri Əməkdar artist Vasif Məhərrəmli “Elgizlə izlə” verilişində deyib.
Məhərrəmli bildirib ki, qızlar dəbdəbəli ailə həyatı qurmaq arzusundadırlar:
“O vaxt kasıba və varlıya baxmazdılar, evlənərdilər. Oğlanlar varlı, dəbdəbəli ailə həyatı haqda düşünmrüdülər. Oğlanın sadəcə perspektivinə və ali təhsilli olmasına baxırdılar. İndi isə oğlan ali təhsilli, gələcək perspektivi göz önündə olsa belə, qızlarımız dəbdəbəli həyat üçün mücadilə aparırlar”. / Olay.az