Evlənmədən ana olan müğənni: Övladım halallıqla dünyaya gəlib

21 Aprel 2025
6805dc7279528202504254938
632
Müğənni Günel Ələkbərova (Pişik Günel) şəxsi həyatı ilə bağlı səmimi açıqlamalar verib.
Bu barədə “2 üz” verilişində danışıb.
Günel deyib ki, övladı rəsmi nikahsız dünyaya gəlib:
“Rəsmi nikahım olmasa da, övladım halallıqla dünyaya gəlib. On iki ildir ki, qızımın atası ilə münasibətimiz var. Qızımın da artıq 10 yaşı var. Mənim üçün əsas odur ki, o, qızımın yanındadır. Əsas odur qızıma ata sevgisi göstərir. Mən hər zaman demişəm ki, atası qızımın yanında olduğu müddətdə başımın tacıdır.
Övladım halallıqla dünyaya gəlib. Qadın uşaq dünyaya gətirər də… Kişi deyiləm ki, uşaq dünyaya gətirim hamı təəccüblənsin. Rəsmi nikahı olanlar var ki, ərini evdı tapa bilmir. Təbii ki, mən də istəyərdim, hər bir qadının arzusudur ki, gəlin köçsün”. / Bizim.media