Ərimin qabağına çay qoymuram, paltarını yumuram - Fatimə

15 Oktyabr 2024
670e17a8b9498202410242008
782

“13 ildə həyat yoldaşıma bir dəfə süfrə açmamışam. Kişi istəyər səhər oyananda qarşısına çay qoyan, paltarını yuyan olsun. Bunu etməmişəm. Mənim həyatım bu cürdür. Yazığım gəlir ki, onun qarşısına mənim kimisi çıxıb. O, çox yaxşısına layiqdir”. 

Bu sözləri rəqqasə Fatimə Fətəliyeva “Günü bu gün” verilişində deyib. Həyat yoldaşından danışan sənətçi dedikləri ilə diqqət çəkib. 

Fatimə daha sonra oğlunun ona qoyduğu qadağadan söz açıb:

“Problemim geyimdir. Bəzən çarəsiz açıq geyinirəm. Oğlum başlayır ki, geyinmə. Baxıram ki, mənə yaraşmır. Açıq geyinənə normal baxıram. Mənə yaraşmır”. / Axsam.az