"Heç kim ərimin ayağının tozu deyil" - Vəfa Şərifova

08 İyun 2024
6664000abfe9e202406245402
642

Müğənni Vəfa Şərifova özündən çıxıb. 

Show.az azxeber-ə istinadla xəbər verir ki, buna səbəb bəzi instaqram səhifələrdə "Milyonçu iş adamı Vəfa Şərifovanın istəyi ilə Rafet El Romanı Bakıya gətirir" başlığı ilə çıxan yazıdır.

İfaçı həmin yazını "Tik-Tok" hesabında paylaşaraq bu sözləri qeyd edib: "Bunu yazana ayıb olsun. Şərəfdən bixəbər nakişilərə! Əliniz hər şeydən üzüldü, indi də keçdiniz şərə, böhtana. Mənim qarşıma dünyaları sərələr, uşaqlarımın atasının bir dırnağına dəyişmərəm. Heç kimsə onun ayağının tozu deyil. Heç kimsə. Gedin reklamınızı başqa yerdə, başqa cür edin".