Ramil və Aysun buna görə ayrılıb - Foto
Müğənni Aysun İsmayılova həyat yoldaşından boşanır.
Tərəflər arasında bununla bağlı razılıq əldə olunub.
Aysunun vəkil əri Ramil Vəliyev xəbəri təsdiqləyib:
“Bəli, doğrudur. Həyatda bəzən elə şeylər olur ki, çətin də olsa qərar verməli olursan. Boşanma səbəbi mənim kobud və soyuq xarakterdə olmağımdır. Artıq hər ikimiz nikahın pozulması ilə bağlı iddia qaldırmaq üçün mediasiyaya müraciət etmişik”.
Qeyd edək ki, Aysun İsmayılova R.Vəliyevlə 2 il öncə ailə qurub. Onların Sevgi adlı qız övladı var. / Lent.az
***
Müğənni Aysun İsmayılovanın vəkil həyat yoldaşı Ramil Vəliyev paylaşımı ilə diqqət çəkib.
O, sosial şəbəkə hesabında müzakirə yaradan fikirlər yazıb.
“Heç kimə başqalarının şəxsi həyatı maraqlı olmamalıdı. Kim ayrıldı, kim boşandı. Hər şeyin əvvəli kimi, sonu da var. Ağıllı-ağıllı şərh və ya mesaj yazıb, mülahizə irəli sürməyin, səbəb axtarmayın. Sadəcə xarakter, xasiyyət fərqi...”, - deyə, R. Vəliyev bildirib.
Bu statusdan “Rəngarəng”də xəbər tutan A. İsmayılova studiyanı tərk edib. / Olay.az