Ərdoğan “qırmızı maşın”ın sahibini şəxsən mükafatlandırdı – FOTO

23 May 2024
664e62fe9e078202405242622
721

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Yurt Dışı Vefa Ödülü”nə layiq görülən azərbaycanlı Sərvər Bəşirli ilə görüşüb.

Show.az xəbər verir ki, bu haqda Türkiyənin Bakı səfirliyinin kommunikasiyalar üzrə müşaviri Cihangir İşbilir “X” sosial şəbəkə hesabında paylaşım edib.

“Cənab Prezidentimiz Rəcəb Tayyib Ərdoğan “Yurt Dışı Vefa Ödülü”nə layiq görülən, Türkiyənin yaşadığı “əsrin fəlakəti”ndən dərhal sonra maşınına yüklədiyi yardımla Azərbaycanın paytaxtı Bakıdan yola düşən Sərvər Bəşirliyə mükafatını təqdim etdi”, – paylaşımda qeyd olunub.

Xatırladaq ki, Türkiyədə 2023-cü ilin fevralın 6-da baş vermiş zəlzələ zamanı Bakı küçələrində üstünə yardım üçün əşyalar, yorğan-döşək yığılmış qırmızı avtomobilin Türkiyəyə yardıma tələsməsi ilə bağlı foto bütün sosial şəbəkələri dolaşmışdı. Sonradan bu şəxsin Laçından olan məcburi köçkün Sərvər Bəşirli olduğu məlum olmuşdu.