Emin Ağalarov evləndi - FOTO

27 May 2024
6654a00fa789a202405240031
6452
Xalq artisti Emin Ağalarov keçmiş həyat yoldaşı Alyona Qavrilova yenidən evlənib.

Show.az metbuat.az-a istinadən xəbər verir ki, onlar ötən gün nikah masasına əyləşiblər, daha sonra dostları ilə birgə kiçik məclis təşkil ediblər.

Xatırladaq ki, cütlük 2018-ci ildə ailə qurub, daha sonra boşanıblar. Onların 1 qız övladı var. Alyona Rusiyada model kimi fəaliyyət göstərir.