Əməkdar artisti açıq geyiminə görə Türkiyədə efirə buraxmadılar - FOTO

15 İyun 2024
6634975fa0029202405245055
3100

Əməkdar artist Lalə Məmmədova mərhum türkiyəli müğənni Kayahanın arvadı İpek Acarın TRT-də yayımlanan proqramında qonaq olub.

Müğənninin veriliş üçün hazırlanan libası narazıçılıq yaradıb. Bu haqda müğənni Elnarə Xəlilova sosial şəbəkədə paylaşım edərək, Laləyə və onunla çalışan stilist Elnur Həsənova söz atıb.

Elnur məsələyə aydınlıq gətirib. O, "Deməsəm olmaz" verilişində bu haqda danışaraq bunları əlavə edib:

"Geyimin eskizini özüm hazırladım. Bütün mahnılar seçildi və göndərildi. Bizə deyilməyib ki, TRT-də açıq geyimə qadağa var. Dövlət kanalıdır, bu, normaldır. Paltar hazırlandı, saç, makiyaj düşünüldü və biz Türkiyəyə getdik. Çəkiliş günü studiyada hamı deyir paltar gözəldi, amma bu geyimdə efirə çıxmaq olmaz. Dedilər ki, get nəsə al. TRT Taksimə yaxın idi, qaçıb gedib bir top aldıq və Lalə xanım paltarın altından geyinib efirə çıxdı". / Kanal.az