Elza Seyidcahanın kreativ seçki şüarı - “Gəlirəm Dəstələməyə”

21 Avqust 2024
66c5773ce7170202408241228
682

Əməkdar artist Elza Seyidcahan seçki kampaniyasına başlayıb.

Show.az məlumat verir ki, müğənni "Hər səs yaxşılığa doğru!”,"Səs verin ki, səsiniz olum","Gəlirəm dəstələməyə" şüarları ilə təbliğat kampaniyasına başlayıb. Əməkdar artistin təşviqat plakatları namizəd olduğu ərazinin müxtəlif yerlərində yayılıb. 

Qeyd edək ki, E.Seyidcahan öz namizədliyini 54 saylı Şabran-Siyəzən Seçki Dairəsindən irəli sürüb.