Elvinin toyunda sürdüyü avtomobillə bağlı təsirli fakt - Atası şəhid olandan sonra... - Video

02 Yanvar 2025
677da0bdaa3db202501254637
1313
Xəbər verildiyi kimi, Azərbaycanın Milli Qəhrəmanı, şəhid polkovnik İlqar Mirzəyevin oğlu Elvin Mirzəyev toyu olub.Elvin Ülkər adlı xanımla evlənib. Cütlüyün toyu Bakıdakı restoranların birində baş tutub. Elvinin toyunda idarə etdiyi avtomobillə bağlı maraqlı fakt irəli sürülüb. Bildirilib ki, həmin avtomobil şəhid İlqar Mirzəyeva məxsusdur. İlqar Mirzəyev şəhid olandan sonra avtomobil sürülməyibmiş. Oğlu onu öz toy günündə idarə edib. 
Qeyd edək ki, İlqar Mirzəyev 2020-ci il iyulun 12-də Ermənistan silahlı birləşmələrinin Azərbaycanın dövlət sərhədinin Tovuz rayonu istiqamətində törətdikləri təxribatların qarşısını alarkən şəhid olub.