“Əlvida, Cavanşirsiz…” - Firuzə İbadovadan gözlənilməz açıqlama - FOTO

24 Aprel 2024
662923d6e00fe202404242302
21829

"Cavanşirsiz səhnəni tərk edirəm!"

Show.az bildirir ki, bu barədə medianews.az-a açıqlamasında Əməkdar artist Firuzə İbadova bildirib.

30 ildən çox mərhum Əməkdar artist Cavanşir Məmmədovla duet ortağı olan F.İbadovanın verdiyi məlumata görə, o, bu gündən etibarən səhnəyə əlvida deməyi qərara alıb.

"Cavanşirsiz səhnəyə çıxmağa stop qoydum. Daha efirlərdə görməyəcəksiniz məni. Onunla bərabər gəldim, o getdi, mən də daha yoxam!" - deyən Firuzə xanım dəvət aldığı toylardan da uzun müddət imtina etdiyini vurğulayıb.

"Bir də nə vaxtsa xarici ölkədə səhnəyə çıxma ehtimalım ola bilər... əlvida, səhnə!"/milli.az