Eldarın istefası tələb olunur

08 May 2024
663b435003132202405241808
1756

Ötən gün Azərbaycan təmsilçilərinin “Avroviziya”da finala keçməməyi birmənalı qarşılanmayıb.

OLAY yazır ki, sosial şəbəkə istifadəçiləri və müsabiqənin fanatları Azərbaycan nümayəndə heyətinin musiqi prodüseri, müğənni Eldar Qasımovdan istefa verməyini tələb ediblər.

X-in Azərbaycan seqmentində, həmçinin Eldarın instaqramdakı sonuncu postunun altında bu barədə onlarla şərh yazılıb. Bildirilib ki, Qasımov iki ildir deleqasiyaya rəhbərlik edir və bu müddət ərzində biz finala keçə bilməmişik. Şərhlərin çoxunda #Eldaristefa həşteqi yer alıb.