Dronla vurulması iddialarına rəsmi cavab verildi - Dəliklərin səbəbi nədir? - Foto

25 Dekabr 2024
676c46a0720fc202412245336
12399

Qazaxıstanın Baş nazirinin müavini Kanat Bozumbayev, qəzanı araşdıran komissiyanın rəhbəri AZAL-ın qəzaya uğrayan təyyarəsinin quyruq hissəsində atəş izlərinə bənzəyən dəliklərin olduğunu əks etdirən görüntülərə münasibət bildirib.

Brifinqdə bu barədə suala cavab verən K. Bozumbayev xüsusi istintaq qrupunun hadisə yerini müayinə etdiyini, bütün dəlillər toplandıqdan sonra yekun nəticələrin açıqlanacağını bildirib.

    “Buraya həmçinin “qara qutu”nun oxunması da daxildir. Qəzanın səbəbləri dəlillər toplandıqdan və ekspertizaların nəticələri açıqlandıqdan sonra müəyyən ediləcək. Nəticələr ictimaiyyətin diqqətinə çatdırılacaq”, - deyə o vurğulayıb. / APA


    676c46a0720fc202412245336


    AZAL təyyarəsinin Aktauda qəzaya uğraması ilə bağlı Rusiya Federal Hava Nəqliyyatı Agentliyi "Rosaviasiya" rəsmi məlumat yayıb.

    "Bu gün Moskva vaxtı ilə saat 09:30 radələrində Xəzər dənizinin şərq sahili ərazisində Qazaxıstanın Aktau hava limanına eniş edərkən Azərbaycanın AZAL aviaşirkətinə məxsus "Embraer 190" təyyarəsi yerə çırpılıb. Təyyarə Bakıdan Qroznıya reys həyata keçirib.

    İlkin versiya ondan ibarətdir ki, quş sürüsü ilə toqquşmadan sonra təyyarənin göyərtəsində yaranan fövqəladə vəziyyətə görə, nəqliyyat vasitəsinin kapitanı alternativ aerodroma uçmaq qərarına gəlib. Alternativ aerodrom kimi Aktau seçilib.

    Axtarış-xilasetmə işlərini Qazaxıstan Respublikasının əməliyyat xidmətləri həyata keçirir.

    Rosaviasiya AZAL, Azərbaycan və Qazaxıstanın aviasiya hakimiyyətləri ilə əlaqə saxlayır". / Oxu.az


    ***

    Azərbaycan Hava Yollarına məxsus J2-8243 reysi ilə uçan Embraer 190 tipli sərnişin təyyarəsi Qazaxıstanda qəzaya uğraması ətraflnda müzakirələr və informasiya axınları davam edir.

    Təyyarədəki 67 nəfərdən onlarla sərnişinin həlak olduğu ehtimal edilir. Lakin bəzi sərnişinlər möcüzəvi şəkildə sağ qalıblar.

    Burada da AZAL pilotlarının peşəkarlığını və fədakarlığını qeyd etmək lazımdır.

    Təyyarə Bakıdan çıxaraq Rusiyanın Qroznı şəhərinə istiqamət alıb. Lakin marşrutdan yüzlərlə mil kənara çıxaraq Qazaxıstanın Aktau şəhəri yaxınlığında yerə çırpılıb. Göyərtədə 62 sərnişin və 5 ekipaj üzvü olub.

    Hadisə zamanı 32 nəfər, o cümlədən iki uşaq xilas edilərək xəstəxanaya yerləşdirilib. Sağ qalanlar arasında ağır yaralıların olduğu bildirilir. Təyyarədən çıxarılan dörd nəfərin cəsədi müəyyən edilib, digər sərnişinlərin axtarışı davam edir.

    Hər iki pilotun qəza zamanı həlak olduğu qeyd edilir. Azərbaycan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən, xəsarət alanların bir qismi kritik vəziyyətdədir. Göyərtədəki sərnişinlərin milliyəti açıqlanıb: 37 nəfər Azərbaycan, 16 nəfər Rusiya, 6 nəfər Qazaxıstan və 3 nəfər Qırğızıstan vətəndaşı olub.

    “The New York Post” qəzetinin məlumatına görə, qəzanın ilkin səbəbi kimi göyərtədə fövqəladə vəziyyət və quşlarla toqquşma ehtimal edilir. Lakin bu qəzanın arxasında başqa səbəblərin ola biləcəyi də müzakirə olunur. Xüsusilə, Rusiyanın cənubunda dron hücumlarının artdığı dövrdə belə bir qəzanın baş verməsi vurulma ehtimallarını artırır.

    Azərbaycanın Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərov hadisə yerində olarkən ona verilən məlumatlarda bu ehtimallara diqqət çəkilib. Onu məlumatlandıran bir məmur bildirib ki, təyyarənin quyruq hissəsində açılmış və mərmi zərbələrinə bənzəyən izlər var. Bu şəxs Kəmaləddin Heydərova təyyarənin kənardan vurulma ehtimalını ciddi şəkildə vurğulayıb. / Musavat.com