“Bu xəbəri yayanların acığına yaşayacağam“ - Yusif Mustafayev

22 Aprel 2024
Yusif Mustafayev
670

"Səhərin gözü açılmamış evimiz adamla dolub, biri gedib, biri gəlir. Hamısını da özüm qarşılayıram. Deyirlər ki, Yusif müəllim ölüm xəbərinizi eşidib gəlmişik. Cavab verirəm ki, ölü də qonaq qarşılayar?"

Show.az bildirir ki, bunu Qaynarinfo-ya açıqlamasında Əməkdar artist Yusif Mustafayev ölüm xəbərindən danışarkən deyib.

Müğənni yayılan bu məlumatdan narahat olduğunu bildirib:

"Telefonlar susmur, hamı zəng edir. Ailəm, qohumlarım narahat olub. Eşitmisən, bir dəqiqləşdir də. Çox pis olmuşam. Anlaya bilmirəm ki, niyə bu insanlar bəd xəbəri xoşlayır". 

Yusif Mustafayev ölüm xəbərini yayanlara mesaj verib:

"Əzrayıl mələkdir, onun bunlardan xəbəri yoxdur. Bu xəbəri yayanların acığına yaşayacağam".

Qeyd edək ki, bu gün səhər saatlarında sosial şəbəkələrdə Əməkdar artist Yusif Mustafayevin ölüm xəbəri yayılıb.