“Çörəyi tərbiyəsizliklə qazanmayın” - Aktrisa Sevinc

15 Noyabr 2024
67224cadc92dd202410241141
382

“Vətəndaş A” serialı Cəfər Cəbbarlının “Almaz” pyesindən, motivləri əsasında yazılıb və bu günki günə adaptasiya olunub. Əslində illər keçsə də problemlərin kökü eyni qalıb. Əfsuslar olsun ki, bu gün mərkəzdə ya da ki meqapolislərdə biz daha irəli gediriksə ucqar kəndlərdə heç kimə lazım olmayan adət-ənənələr qalıb. Almaz gəlib ki, bunları aradan götürsün. Xanımlar ailə qursunlar amma təhsildə alsınlar. Təhsil çox önəmlidir. Bizim serialda ilk mesajımızda budur”.

Bu sözləri “Vətəndaş A” serialının prodüseri, aktrisa Sevinc Əliyeva Olay.az-a özəl müsahibəsində deyib.

Sənətçi sözügedən ekran işi vasitəsi ilə tamaşaçıya və cəmiyyətə ötürdükləri mesajlardan söz açıb:

“Ekran işində 10-11 – ci sinifdə oxuyan oğlanlarda var. Onlar 16 yaşında həm məktəbə gedirlər həm də işləyirlər. Çalışıb, ailələrini saxlayırlar. Mən özüm də bunun dəfələrlə şahidi olmuşam. Valideyn tərəfindən bu kimi hallar dəstəklənir deyə, yəni oğlum getsin işləsin də universitetə daxil olası deyil ki, yanaşma belədir. Biz cəmiyyətə mesaj ötürmək istədik ki, təhsil çox vacibdir. Sonradan aldığı təhsil o uşağı da, ailəsini də, onun övladlarını da yedizdirəcək. “Vətəndaş A” serialı insanlar tərəfindən yaxşı qarşılandı. Digərləri nəsə edəndə biz “wow” (təəccüblənmək – red.) qarşılayırıq. Amma özümüzdə nəsə olanda olmazlar yada düşür. Xaricilər serial və filmlərdə zorlanma səhnəsini göstərirlər və bunu da tamaşaçılar normal qarşılayırlar. Bizim serialda da zorlanma səhnəsi var. Amma insanlar tərəfindən bu qəbul olundu”.

S.Əliyeva “Vətəndaş A” serialı fonunda valideyn və övlad arasında münasibətlərdən bəhs edib:

“Hər gün düşünürəm ki, necə və nə cür edim... İki oğlum və bir qızım var. Onları çox sıxma-boğmaya salmayım. Amma bir növ bu sərbəstlik də verim ki, onlar cəmiyyətdən seçilməsinlər və fərqlənməsinlər. Balansı axtarmağa çalışıram. Mənim valideynlərə məsləhətim övladlarınızın yanında olun. Əsas onlarla dost olun və nə dedilərini hər zaman eşidin. Övladınızın gördüyü hər hansısa bir səhvə görə onu qınamayın”.

3 uşaq anası olan aktrisa bildirib ki, onların sosial şəbəkədən istifadə etməsini qısıdlamayıb:

“Övladlarımın sosial şəbəkədə hesabları var. Amma onlar bağlı şəkildədir. İzləyidikləri isə baxça və sinif yoldaşlarıdır. Böyük oğlum Suad yalnız futbolu izləyir. Onlar artıq böyük uşaqlardı. 14 yaşları var. Onlara sosial şəbəkəni qadağa edə bilmərəm. Uşaqlarım məktəbə gedirlər. Sabah sinif yoldaşları nədənsə danışanda övladlarım deməsinlər ki, biz dünyadan kənar qalmışıq. Valideynlə övladın mütləq şəkildə dostluğu olmalıdır. Ona sabah nəsə olanda valideynə danışmalıdır. Bizdə evdə bir qanun var – doğruya görə sənə pis söz deməyəcəm amma yalana görə sənə acıqlanacağam”.

“Cəmiyyətimizin bir çox üzvləri “TikTok”da baş verən neqativ dolu hadisələrə və özbaşnalıqlara görə bu sosial şəbəkə platformasının bağlanmasını istəyirlər. Sizin buna münasibətiniz?” sualına Sevinc belə cavab verib:

“Bu günki gün sosial şəbəkədə xüsusi ilə “TikTok”da mədəni dilənçilik yaranıb. Bu çox pis bir haldır. İstərdim ki, Azərbaycanda “TikTok” bağlansın. Orada oturub qazanc əldə edənlər məni bu sözlərimə görə bağışlasınlar. Təbii ki, mən heç kimin çörəyinə bayıs olmaq istəmirəm. Amma çörəyi də düzgün qazanmaq lazımdır. Çörəyi tərbiyəsizliklə qazanmayın”.